çərşənbə axşamı, 24 iyun 2025

BİZİM FUTBOL

Azərbaycan Premyer Liqasının aqibətinə aydınlıq gələcək

18.06.2020 10:55 Oxundu 496


Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.

Cempion.az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.