çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Millimizin futbolçusu zədələndi

18.06.2020 14:00 Oxundu 463


Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" komandası Almaniya II Bundesliqasında gələn mövsüm üçün də yerini təmin edib. 

Cempion.az xəbər verir ki, Aue təmsilçisi XXXII turda "Bohum"a 1:2 hesabı məğlub olsa da, liqada qalıb. Buna səbəb 16-cı sırada qərarlaşan "Karlsrue"nin cari turda "Regensburq"a eyni hesabla məğlub olmasıdır. 

Nazarovun komandası sona iki tur qalmış rəqibindən 8 xal irəlidədir. 30 yaşlı hücumçu "Bohum"la görüşün 87-ci dəqiqəsində axilles dabanından zərbə alıb. Həmin zərbəni endirən Miloş Pantoviçə birbaşa qırmızı vərəqə göstərilib. Nazarovun özü isə 90+4-cü dəqiqədə əvəzlənib. Onun durumuna aydınlıq gəlməyib. 

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.