bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Verner  “Çelsi”də - RƏSMİ

18.06.2020 15:34 Oxundu 475


Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Timo Verner karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Cempion.az xəbər verir ki, 24 yaşlı hücumçu “Çelsi”yə transfer olunacaq. Bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. “Çelsi” Vernerin keçidi üçün “Leyptsiq”lə razılığa gəldiklərini açıqlayıb.

Almaniya milli komandasının da üzvü olan Verner, iyulda “Çelsi”yə qoşulacaq.