18.06.2020 19:33
561


''Sumqayıt''ın müdafiəçisi Rail Məlikov AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqası və ölkə kubokunda cari mövsümün dayandırılması ilə bağlı verdiyi qərara münasibət bildirib.
34 yaşlı müdafiəçinin Cempion.az-a açıqlamasında qərardan razı qaldığını gizlətməyib.
O bildirib ki, ''ayın 21-nə kimi klublara icazə verilmişdi məşq etməyə hamı da bu qərarla razı idi amma həftəsonu verilən qarantinləri heç kim düşünməmişdi. Heç bir klubada bu cür şəraitdə oynamaq sərf etməzdi. Bu qısa vaxtda da futbolçuların oyuna hazırlanması mümkün deyildi. Verilmiş bu qərar çox doğru qərardır. Çempionat davam etdirilməsindən heç kim xeyir qazanmazdı''.