çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Fənərbağça"da ayrılıq - RƏSMİ

18.06.2020 20:01 Oxundu 476


Türkiyə "Fənərbağça"sının futbolçusu Maks Kruze klubla yollarını ayırıb.

Cempion.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, almaniyalı hücumçu "sarı-lacivərdlilər"lə müqaviləsini birtərəfli şəkildə pozub.

Qeyd edək ki, M.Kruze 2019-cu ilin yayında Almaniya "Verder"indən "Fənərbağça"ya keçib. 32 yaşlı forvardla 3 illik müqavilə imzalanmışdı.