çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Real"dan 3 cavabsız qol

19.06.2020 08:42 Oxundu 580


İspaniya La Liqasının 29-cu turunda “Real” “Valensiya”nı qəbul edib.

Cempion.az xəbər verir ki, qarşılaşma “Alfredo di Stefano” stadionunda baş tutub. 

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün 61-ci dəqiqəsində "Real"ın hücumçusu Kerim Benzema hesabı açıb. 13 dəqiqə sonra əvəzetmə ilə meydana çıxmış digər hücumçu Marko Asensio meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb - 2:0. 86-cı dəqiqədə Benzema dubl edib.

Zinəddin Zidanın komandası bu qələbədən sonra xallarının sayını 62-yə çatdıraraq turnir cədvəlində ikinci yerdəki mövqeyini gücləndirib. “Real” Katalon “Barselona”sından 2 xal geri qalır.