19.06.2020 09:48
459

Madrid "Real"ı və Braziliya yığmasının keçmiş hücumçusu Ronaldo futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyi dörd oyunçunun adını açıqlayıb.
Bu barədə Cempion.az “Goal”a istinadən xəbər verir.
"Mənim üçün tarixdə ən yaxşıların reytinqində dörd ad var - Pele, Maradona, Lionel Messi və Kriştianu Ronaldu. Futbolun tarixində ən yaxşı oyunçular", - Ronaldo deyib.
Daha əvvəl Ronaldo bildirib ki, "Barselona"nın hücumçusu Lionel Messinin, "Liverpul"un hücumçusu Məhəmməd Salahın, “Real”ın təmsilçisi Eden Azarın, PSJ-nin hücumçusu Neymarın və Kilian Mbappenin oyunlarını izləyir. Ronaldonun həmin siyahısında "Yuventus" və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldunun adı olmayıb.