çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Pedro  “Roma”da

19.06.2020 10:51 Oxundu 463


İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro Rodriqes karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Cempion.az xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb. Pedro, İtaliyanın “Roma” klubuna keçəcək. Tərəflər arasında artıq iki illik razılaşma əldə olunub.

Pedro, “Çelsi” ilə iyunun 30-na qədər olan müqaviləsini bir aylıq da olsa, yeniləmək və “zadəganlar”ın Premyer Liqadakı qalan oyunlarında iştirak etmək istəmir.

Pedro 2015-ci ildən “Çelsi”də çıxış edir.