çərşənbə axşamı, 24 iyun 2025

BİZİM FUTBOL

“Qarabağ”  “Neftçi”ni keçə bilmədi

19.06.2020 11:47 Oxundu 506


Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub.

Cempion.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.

Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxıbsa, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıb.

Ardıcıl 2-ci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakılılar hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Bakılılar hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6 dəfə.

“Keşlə” iki illik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.

 
AZƏRBAYCAN ÇEMPİONATLARI BÜTÜN MÜKAFATÇILAR
mövsüm çempion II yer III yer
1992 ''Neftçi'' (Bakı) ''Xəzər'' (Sumqayıt) ''Turan'' (Tovuz)
1993 ''Qarabağ'' (Ağdam) ''Xəzər'' (Sumqayıt) ''Turan'' (Tovuz)
1993/94 ''Turan'' (Tovuz) ''Qarabağ'' (Ağdam) ''Kəpəz'' (Gəncə)
1994/95 ''Kəpəz'' (Gəncə) ''Turan'' (Tovuz) ''Neftçi'' (Bakı)
1995/96 ''Neftçi'' (Bakı) ''Xəzri'' (Buzovna) ''Kəpəz'' (Gəncə)
1996/97 ''Neftçi'' (Bakı) ''Qarabağ'' (Ağdam) ''Xəzri'' (Buzovna)
1997/98 ''Kəpəz'' (Gəncə) ''Dinamo''(Bakı) ''Şəmkir''
1998/99 Kəpəz (Gəncə) Şəmkir ''Neftçi'' (Bakı)
1999/2000 ''Şəmkir'' ''Kəpəz'' (Gəncə) ''Neftçi'' (Bakı)
2000/01 ''Şəmkir'' ''Neftçi'' (Bakı) ''Viləş'' (Masallı)
2001/02 Yarımçıq qalıb    
2002/03 Keçirilməyib    
2003/04 ''Neftçi'' (Bakı) ''Şəmkir'' ''Qarabağ-Azərsun'' (Ağdam)
2004/05 ''Neftçi'' (Bakı) ''Xəzər-Lənkəran'' ''Karvan'' (Yevlax)
2005/06 ''Bakı'' ''Karvan'' (Yevlax) ''Neftçi'' (Bakı)
2006/07 ''Xəzər-Lənkəran'' ''Neftçi'' (Bakı) ''Bakı''
2007/08 ''İnter'' (Bakı) ''Olimpik'' (Bakı) ''Neftçi'' (Bakı)
2008/09 ''Bakı'' ''İnter'' (Bakı) ''Simurq ''(Zaqatala)
2009/10 ''İnter'' (Bakı) ''Bakı'' ''Qarabağ'' (Ağdam)
2010/11 ''Neftçi'' (Bakı) ''Xəzər Lənkəran'' ''Qarabağ'' (Ağdam)
2011/12 ''Neftçi'' (Bakı) ''Xəzər Lənkəran'' ''İnter'' (Bakı)
2012/13 ''Neftçi'' (Bakı) ''Qarabağ'' (Ağdam) ''İnter'' (Bakı)
2013/14 ''Qarabağ'' (Ağdam) ''İnter'' (Bakı) ''Qəbələ''
2014/15 ''Qarabağ'' (Ağdam) ''İnter'' (Bakı) ''Qəbələ''
2015/16 ''Qarabağ'' (Ağdam) ''Zirə'' (Bakı) ''Qəbələ''
2016/17 ''Qarabağ'' (Ağdam) ''Qəbələ'' ''İnter'' (Bakı)
2017/18 ''Qarabağ'' (Ağdam) ''Qəbələ'' ''Neftçi'' (Bakı)
2018/19 ''Qarabağ'' (Ağdam) ''Neftçi'' (Bakı) ''Səbail'' (Bakı)
2019/20 ''Qarabağ'' (Ağdam) ''Neftçi'' (Bakı) ''Keşlə'' (Bakı)


Premyer Liqanın mükafatçıları klublar üzrə
Klub I II III Cəmi
Neftçi (Bakı) 8 4 6 18
Qarabağ (Ağdam) 8 3 3 14
Kəpəz (Gəncə) 3 1 2 6
Keşlə (Bakı) 2 3 4 9
Bakı 2 2 2 6
Şəmkir 2 2 0 4
Turan (Tovuz) 1 1 2 4
Xəzər Lənkəran 1 3 0 4
Qəbələ 0 2 3 5
Xəzər (Sumqayıt) 0 2 0 2
Xəzri (Bakı) 0 1 1 2
Karvan (Yevlax) 0 1 1 2
Şüvəlan (Bakı) 0 1 0 1
Zirə (Bakı) 0 1 0 1
Simurg (Zaqatala) 0 0 1 1
Viləş (Masallı) 0 0 1 1
Səbail (Bakı) 0 0 1 1

Qeyd edək ki, “Bakı” əvvəl “Dinamo”, “Keşlə” əvvəl “İnter”, “Şüvəlan” əvvəl “Olimpik” adlanıb. “Qarabağ” bir müddət “Qarabağ-Azərsun” adını daşıyıb.