çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Bu gün Premyer Liqada 30-cu tura start veriləcək

19.06.2020 13:46 Oxundu 443


Bu gün İngiltərə Premyer Liqasında 30-cu tura start veriləcək.

Cempion.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun açılış matçında “Norviç” “Sauthempton”u qəbul edəcək.

Turun maraqla gözlənilən qarşılaşması Londonda keçiriləcək. “Mançester Yunayted” paytaxtda “Tottenhem”in qonağı olacaq.

Lider “Liverpul” bu turda əzəli rəqibi “Everton”la münasibətlərinə aydınlıq gətirəcək. “Çelsi” “Aston Villa”, “Mançester Siti” isə “Bernli” ilə qarşılaşacaq.

İngiltərə Premyer Liqası, 30-cu tur

19 iyun

21:00 ''Norviç'' – ''Sauthempton''
23:15 ''Tottenhem'' – ''Mançester Yunayted''

20 iyun

15:30 Uotford – Lester
18:00 ''Brayton'' – ''Arsenal''
20:30 ''Vest Hem'' – ''Vulverhempton''
22:45 ''Bornmut'' – ''Kristal Pelas''

21 iyun

17:00 ''Nyukasl'' – ''Şeffild Yunayted''
19:15 ''Aston Villa'' – ''Çelsi''
22:00 ''Everton'' – ''Liverpul''

22 iyun

23:00 ''Mançester Siti'' – ''Bernli''