çərşənbə axşamı, 24 iyun 2025

BİZİM FUTBOL

Elmar Baxşiyev: “Qəbələ” məşqləri dayandırmayacaq’’

19.06.2020 14:28 Oxundu 519

“Bundan əvvəl də çempionatla bağlı mövqeyimizi bildirmişdik. Klub olaraq oynamaq istəyirdik, amma son vəziyyətdə hər şey çətinləşmişdi. Karantin rejimi uzadıldı və həftəsonları sərt karantin oldu. Bu, bizim işimizə çətinlik yaradırdı. Düşünürəm ki, İcraiyyə Komitəsinin verdiyi qərar düşünülmüş qərardır. Çünki insan sağlamlığı hər şeydən üstündür".

Bu fikirləri Cempion.az-a müsahibəsində “Qəbələ”nin baş məşqçisi Elmar Baxşiyev Azərbaycan Premyer Liqasının və ölkə kubokunun dayandırılmasına münasibət bildirərkən deyib. 39 yaşlı çalışdırıcı AFFA İcraiyyə Komitəsinin doğru qərar verdiyini bildirib. Elmar Baxşıyev qərara qədər bütün komandalar kimi Premyer Liqaya hazırlaşdıqlarını sözlərinə əlavə edib:
“Məşqlərimizi və yoxlama oyunlarımızı keçirirdik. Sona qədər də mübarizə aparacaqdıq. Amma AFFA və PFL belə bir qərar veribsə, bizim edəcəyimiz heç nə yoxdur. Tam olaraq fikrimiz mövsümün davamına köklənmişdi. Biz fikirləşməliyik. Kimin qalacağı, kimin gedəcəyi, hansı futbolçunu alacağımızla bağlı qərar veriləcək. “Qəbələ” məşqləri dayandırmayacaq. Planımızı qurub yeni mövsümə hazırlaşacağıq. Bu gündən yeni qərarların qəbulu istiqamətində fəaliyyətə başlayacağıq”.