çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Bu gün Super Liqada 28-ci tura start veriləcək

19.06.2020 15:48 Oxundu 480


Bu gün Türkiyə Super Liqasında 28-ci tura start veriləcək.

Cempion.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. Açılış matçında “Ankaragücü” “Başakşəhər”lə qarşılaşacaq.

Lider “Trabzonspor” bu turda səfərdə “Alanyaspor”la üz-üzə gələcək. “Fənərbaxça” isə “Kasımpaşa”nın qonağı olacaq.

Son turda “Rizəspor”a məğlub olan “Qalatasaray”, bu turda “Qaziantep”lə qarşılaşacaq. “Beşiktaş” isə “Dənizlispor”la münasibətlərinə aydınlıq gətirəcək.

Türkiyə Super Liqası, 28-ci tur

19 iyun

22:30 ''Ankaragücü'' – ''Başakşəhər''

20 iyun

19:30 ''Kayserispor'' – ''Gənclərbirliyi''
22:00 ''Dənizlispor'' – ''Beşiktaş''
22:00 ''Yeni Malatyaspor'' – ''Göztəpə''

21 iyun

19:30 ''Kasımpaşa'' – ''Fənərbaxça''
22:00 ''Qalatasaray'' – ''Qaziantep''
22:00 ''Konyaspor'' – ''Sivasspor''

22 iyun

22:00 ''Alanyaspor'' – ''Trabzonspor''
22:00 ''Antalyaspor'' – ''Rizəspor''