çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

UEFA-dan Fransa klubuna cəza

20.06.2020 11:51 Oxundu 473


UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb.

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub.

Klubu 3 milyon avro məbləğində cərimələyən qitə futbol qurumu 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.

Bundan əlavə, "Marsel" qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək.

 Qeyd edək ki, klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəyi gözlənilir.