
İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Norviç” “Sauthempton”u qəbul edib. Qonaqlar bu oyunda darmadağına seviniblər.
Turun maraqla gözlənilən qarşılaşması Londonda keçirilib. “Mançester Yunayted” paytaxtda “Tottenhem”in qonağı olub. Hesabı meydan sahibləri açsa da, “qırmızı şeytanlar” matçın sonlarında penaltidən vurduqları qol sayəsində məğlubiyyətdən xilas olublar.
Şənbə günü dörd qarşılaşma baş tutub. Səfərdə “Uotford”la qarşılaşan “Lester” xal itkisi ilə üzləşib. “Brayton”un qonağı olan “Arsenal” isə növbəti məğlubiyyətə üzülüb. “Vest Hem” evdə “Vulverhempton”a, “Bornmut” isə “Kristal Pelas”a uduzub.
Lider “Liverpul” bu turda əzəli rəqibi “Everton”la münasibətlərinə aydınlıq gətirəcək. “Çelsi” “Aston Villa”, “Mançester Siti” isə “Bernli” ilə qarşılaşacaq.
İngiltərə Premyer Liqası, 30-cu tur
19 iyun
''Norviç'' – ''Sauthempton'' 0:3
Qol: İnqs, 49. Armstronq, 54. Redmond, 79.
''Tottenhem''– ''Mançester Yunayted'' 1:1
Qol: Berqveyn, 27 – B.Fernandes, 81-pen.
20 iyun
Uotford – Lester 1:1
Qol: Douson, 90+3 – Çiluell, 90.
''Brayton'' – ''Arsenal'' 2:1
Qol: Dank, 75. Mope, 90+5 – Pepe, 68.
''Vest Hem'' – ''Vulverhempton'' 0:2
Qol: R.Ximenes, 73. Neto, 84.
''Bornmut'' – ''Kristal Pelas'' 0:2
Qol: Milivoyeviç, 12. Ayyu, 23.
21 iyun
17:00 ''Nyukasl'' – ''Şeffild Yunayted''
19:15 ''Aston Villa'' – ''Çelsi''
22:00 ''Everton'' – ''Liverpul''
22 iyun
23:00 ''Mançester Siti'' – ''Bernli''