çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

İspaniya klubunda baş məşqçi ayrılığı

21.06.2020 14:17 Oxundu 512


Xoan Rubi İspaniyanın "Betis" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

Cempion.az xəbər verir ki, bu qərar La Liqanın XXX turunda "Atletik"ə 0:1 hesablı səfər məğlubiyyəti ilə bitən oyundan sonra verilib. 50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib. 

Truxilyo 7 mövsüm ərzində "Betis" forması ilə 264 matçda iştirak edib. O, 2016/2017-ci illər mövsümündə də son 2 matçda komandanın sükanı arxasında olub.

Qeyd edək ki, 30 oyundan sonra 30 xalla 14-cü yerdə gedən "Betis" növbəti turda "Levante"nin qonağı olacaq. Oyun iyunun 28-də keçiriləcək.