çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

''Mançester Siti''nin yeni hədəfi

21.06.2020 14:47 Oxundu 493

İngiltərənin ''Mançester Siti'' klubu Leroy Sanenin əvəzləyicisin tapıb.

Cempion.az ''Express'' nəşrinə istinadən xəbər verir ki, ''şəhərlilər''in baş məşqçisi Qvardiola Almaniyanın ''Bayer Leverkuzen'' klubunda forma geyinən Leon Beylə göz dikib. İngiltərə klubunun rəsmiləri futbolçu üçün görüşmələrə başlayıblar. İngilislər iki mövsümdür yaxından izlədikləri cinah futbolçusunu yayda komandadan ayrılması gözlənilən Sanenin yerinə transfer edə bilər.

Qeyd edək ki, 2017-ci ildən “Bayer”də çıxış edən yamaykalı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır