çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

''Arsenal"ın transfer planı

21.06.2020 15:49 Oxundu 508

''Arsenal'' heyətinə yeni futbolçu cəlb etmək istəyir.

Cempion.az ''Corriere della Sera'' nəşrinə istinadən xəbər verir ki, ''topçular'' ''Roma''nın şərəfini qoruyan Castin Klyuvertlə maraqlanır. ''Arsenal''ın baş məşqçisi Mikel Artetanında heyətdə görmək istədiyi hücumçu üçün London klubu Henrikdən istifadə etmək istəyir. ''Arsenal'' klubu icarə əsasında ''Roma''ya göndərdiyi Henrik ilə Klyuverti əvəzləmək istəyir.

Xəbərdə bildirilir ki, transfer üçün tərəflər arasında danşıqlar davam edir.