bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

"Bavariya" Alabanı satır

21.06.2020 18:05 Oxundu 554

"Bavariya" müdafiəçisi David Alaba ilə yollarını ayırmağa hazırlaşır.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu mövsümün sonunda ulduz futbolçusunu transferə çıxaracaq.

Buna səbəb 27 yaşlı cinah oyunçusu ilə yeni müqavilədə ortaq məxrəcə gələ bilməmələridir. Klubla müqavilə müddəti gələn ilin yayına qədər olan Alaba yeni sazişə razılıq vermədiyindən, rəhbərlik onu havayı buraxmamaq üçün bu il satmağı düşünür.

Qeyd edək ki, David Alaba hazırda "Liverpul", PSJ və "Mançester Siti"nin transfer gündəmindədir.