çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

“Real''dan əzimkar qələbə

22.06.2020 10:03 Oxundu 457


Futbol üzrə İspaniya La Liqasının 30-cu turunun növbəti oyunu keçirilib.

Cempion.az xəbər verir ki, “Real Madrid” səfərdə “Real Sosyedad” komandası ilə görüşüb.

İkinci hissədə hesabı 11 metrlik cərimə zərbəsi ilə Serxio Ramos açıb.

Oyununn 71-ci dəqiqəsində “Real Madrid” hesab arasındakı fərqi artırıb, Kərim Benzema fərqlənib.

Görüşün 83-cü dəqiqəsində Mikel Mirino qollardan birinin əvəzini çıxıb.

Bununla da 65 xal yığan “Real Madrid” turnir cədvəlində liderliyə yüksəlib, “Real Sosyedad” isə 47 xalla 6-cı yerdə qərarlaşıb