çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Ramos La Liqanın tarixinə düşdü

22.06.2020 12:45 Oxundu 479


“Real” İspaniya La Liqasının 30-cu turunda səfərdə “Real Sosyedad”ı məğlub edib.

Cempion.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə “kral klubu”nun kapitanı Serxio Ramos La Liqanın tarixinə düşüb. Bu barədə “Real”ın mətbuat xidməti məlumat yayıb.

“Real Sosyedad”la matçın 50-ci dəqiqəsində penalti vuruşundan fərqlənən Ramos, La Liqa tarixində 68-ci qolunu vurub. 33 yaşlı futbolçu La Liqada ən çox qol vuran müdafiəçi ünvanını qazanıb.

Bundan əvvəlki rekord “Barselona”nın sabiq futbolçusu Ronald Kumana aid idi. Keçmiş müdafiəçinin La Liqada 67 qolu var idi.