bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

"Mançester Siti"dən darmadağın

23.06.2020 10:32 Oxundu 495


İngiltərə Premyer Liqasının 30-cu turunun matçında "Mançester Siti" “Bernli”ni 5:0 hesabı ilə darmadağın edib.

Cempion.az xəbər verir ki, görüş Mançester şəhərinin “Etihad - Siti of Masnçester” stadionunda keçirilib.

Matçda hesab birinci hissənin ortalarında açılıb - 22-ci dəqiqədə Filip Foden qələbənin əsasını qoyub. Qarşılaşmanın 43-cü dəqiqəsində Riyad Mares "şəhərlilər"in hesabdakı üstünlüyünü artırıb - 2:0. Birinci hissəyə əlavə edilmiş vaxtda Mares 11 metrlik cəriməni səhvsiz reallaşdıraraq dubl edib.

Görüşdə dördüncü qolu ikinci hissənin əvvəllərində David Silva vurub. 63-cü dəqiqədə Qabriel Jezus rəqib komandanı sonuncu dəfə oyuna mərkəzdən başlamağa məcbur edib - 5:0

"Mançester Siti" bu qələbədən sonra 63 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yer tutur. Aktivində 39 xalı olan "Bernli 11-ci yerdə qərarlaşıb.