
Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Fiorentina” “Breşiya”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Milan” isə səfərdə “Leççe”nin qonağı olub və darmadağına sevinib.
İtaliya kubokunun finalında “Napoli”yə məğlub olan “Yuventus”, bu turda “Bolonya”nı sınağa çəkib. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
Turnir cədvəlinin ikinci pilləsində yer alan “Latsio” isə çətin “Atalanta” səfərinə yollanacaq.
İtaliya A Seriyası, 27-ci tur
22 iyun
''Fiorentina'' – ''Breşiya'' 1:1
Qol: Pezzella, 29 – Donnarumma, 17-pen.
''Leççe'' – ''Milan'' 1:4
Qol: Mankosu, 54-pen – Kastilyexo, 26. Bonaventura, 55. Rebiç, 57. Leao, 72.
''Bolonya'' – ''Yuventus'' 0:2
Qol: Ronaldo, 23-pen. Dibala, 36.
23 iyun
21:30 ''SPAL'' – ''Kalyari''
21:30 ''Verona'' – ''Napoli''
23:45 ''Cenoa'' – ''Parma''
23:45 ''Torino'' – ''Udineze''
24 iyun
21:30 ''İnter''– ''Sassuolo''
23:45 ''Roma'' – ''Sampdoriya''
23:45 ''Atalanta'' – ''Latsio''