çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

"Barselona"dan minimal hesablı qələbə

24.06.2020 09:35 Oxundu 449


İspaniya çempionatının 31-ci turunun matçında "Barselona" "Atletik"ə 1:0 hesabı ilə qalib gəlib.

Cempion.az xəbər verir ki, matç Barselonada keçirilib.

Qarşılaşmada yeganə qol 71-ci dəqiqədə vurulub. İvan Rakitiç Lionel Messinin ötürməsini qola çevirib.

"Barselona" 68 xal toplayaraq, "Real"ı 3 xal qabaqlayıb və İspaniya milli çempionatının yarış cədvəlində birinci yerə çıxıb. "Atletik" 42 xalla turnir cədvəlində 10-cu yerdədir.