çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

''Real Madrid''dən 150 milyon avroluq təklif

24.06.2020 11:30 Oxundu 500

''Real Madrid'' ''Liverpul''un futbolçusu ilə maraqlanır.

Cempion.az ''The Sun'' nəşrinə istinadən xəbər verir ki, İspaniya nəhəngi Mane üçün 150 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Xəbərdə bildirilir ki, ''Liverpul''la 3 il müqaviləsi olan futbolçu yeni sözləşməyə  razılıq verməyib.

''Standard'' nəşrinin xəbərinə görə, ''Real''ın baş məşqçisi Zidan Manenin böyük heyranıdır.

Qeyd edək ki, təcrübəli futbolçu ilə PSJ klubuda yaxından maraqlanır.