çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

İngiltərəli qolkiper  “Arsenal”ın hədəfində

24.06.2020 15:00 Oxundu 490


“Bernli”nin qapıçısı Co Hart klubunu dəyişə bilər.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Arsenal” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. London klubu bir neçə gün əvvəl ciddi zədə alan əsas qapıçısı Bernd Lenonun əvəzinə Hartı transfer etmək niyyətindədir.

“Bernli” ilə müqaviləsi iyunun sonunda başa çatacaq Hart, yeni müqavilə imzalamadığı üçün azad agent olaraq istənilən kluba qoşula biləcək.