çərşənbə axşamı, 24 iyun 2025

DÜNYA FUTBOLU

Fransa klubunda baş məşqçi ayrılığı

24.06.2020 16:39 Oxundu 501

Fransa Liqa1-də baş məşqçi istefası gerçəkləşib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, "Nim” klubu çalışdırıcısı Bernar Blakerlə yollarını ayırıb.

62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Yeni baş məşqçinin təyinatına qədər komandaya Jerom Arpino rəhbərlik edəcək.

Blaker 2015-ci ildən 2020-ci ilədək "Nim”ə rəhbərlik edib. Bu müddətdə 175 matça çıxan komanda 75 qələbə qazanıb.

Qeyd edək ki, yarımçıq başa çatan 2019/20 mövsümündə Blakerin yetirmələri 18-ci yeri tutub.