çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Cengiz Öndər İngiltərə yolunda

25.06.2020 09:31 Oxundu 461


Roma-da çıxış edən Türkiyə millisinin üzvü Cengiz Öndər karyerasını İngiltərədə davam etdirə bilər.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Manchester United oyunçunun xidmətində maraqlıdır.

Bildirilir ki, "qırmızı şeytanlar" Borussia-da çıxış edən Ceydon Sançonun transferindən vaz keçməyi düşünür. Buna səbəb Dortmund təmsilçisinin futbolçu üçün 125 milyon avro tələb etməsidir.

"Manchester United isə bu rəqəmin çox olduğunu və alternativ kimi Öndəri heyətinə qatmağı düşünür. Premyer Liqa təmsilçisinin Türkiyə millisinin üzvü üçün 30 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.