25.06.2020 12:00
488


İngiltərənin ''Liverpul'' klubu bu mövsüm rəsmi oyunlarda 100 qola çatan komanda oldu.
Cempion.az xəbər verir ki, doğma meydanda ''Kristal Pelası'' qəbul edən ''qırmızılar'' qonaq komandanı ''Enfild'ə gəlməyə peşman ediblər (4-0). Arnold, Fabinyo, Mane və Salahın qolları ilə böyükhesablı qələbəyə sevinən Kloppun yetirmələri bu mövsüm rəsmi oyunlarda 100 qolu keçmiş oldular.
❍ Premyer Liqa (70)
❍ Çempionlar Liqası (15)
❍ Karabao Kuboku (7)
❍ FA Kuboku (4)
❍ Kulublararası Dünya Kuboku (3)
❍ UEFA Super Kuboku (2)
❍ İngiltərə Super Kuboku (1)