çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

“İnter”in müdafiəçisinə cəza verildi

26.06.2020 09:00 Oxundu 462


İtaliyanın “İnter” klubunun müdafiəçisi Milan Şkrinyar 3 oyunluq diskvalifikasiya olunub.

Cempion.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

Slovakiyalı futbolçunun belə ağır cəzaya məruz qalmasına onun “Sassuolo” ilə oyun zamanı baş hakimə təhqiredici ifadələr söyləməsi səbəb olub.

Qeyd edək ki, “İnter” A Seriyasının 27-ci turu çərçivəsində doğma meydanda qarşılaşdığı “Sassuolo” ilə oyunda 3:3 hesablı heç-heçəyə razılaşıb.