çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Pedronun yeni klubu məlum oldu

26.06.2020 13:37 Oxundu 466


Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatacaq Pedro Rodriqesin yeni klubu məlum olub.

Cempion.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı vinger "Roma" ilə anlaşıb. 32 yaşlı futbolçu paytaxt təmsilçisinin 2 illik müqavilə təklifini qəbul edib. Pedronun "canavarlar"da illik maaşı 3,5 milyon avro olacaq.

"Barselona"nın yetirməsi 2015-ci ildə katalonlardan "Çelsi"yə keçmişdi. İspaniya millisinin keçmiş üzvü bu mövsüm Premyer Liqada 9 oyun keçirib.