çərşənbə, 25 iyun 2025

BİZİM FUTBOL

“Sabah”da yeni müqavilə

26.06.2020 16:38 Oxundu 541


“Sabah” klubu futbolçusu Saşa Stamenkoviçlə yeni müqavilə imzalayıb.

Cempion.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı qapıçı ilə müqavilə müddəti bir illik uzadılıb.

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) “Sabah”ın uğurları üçün çalışıb.