çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

''Arsenal''ın hücumçusu İtaliya yolunda

26.06.2020 17:06 Oxundu 503

''Arsenal''ın qolçusu Obemeyanq karyerasını İtaliyada davam etdirə bilər.

Cempion.az ''Le 10 Sport'' nəşrinə istinadən xəbər verir ki, gələcək mövsüm London klubu ilə müqaviləsi bitəcək olan qabonlu hücumçu ''topçular''la müqavilə uzatmayacağı gözlənilir. İtaliyanın ''Yuventus'' klubu Obemeyanqı heyətinə cəlb etmək istəyir.

Xəbərdə bildirilir ki, Turin klubu yaxın günlərdə futbolçu üçün təklif göndərəcək.

Qeyd edək ki, Obemeyanqla ''Barselona'' və ''İnter'' yaxından maraqlanır.