
İtaliya A Seriyasında 28-ci tura start verilib.
Cempion.az xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. 28-ci turun açılış matçında lider “Yuventus” autsayderlər qrupunda yer alan “Leççe”ni qəbul edib. Turin klubu bu görüşdən inamlı qələbə ilə ayrılıb.
“İnter” bu turda “Parma”nı, “Napoli” isə SPAL-ı sınağa çəkəcək. Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Latsio” “Fiorentina” ilə qarşılaşacaq.
Turun mərkəzi görüşü Milanda keçiriləcək. Şəhərin eyniadlı komandası paytaxt təmsilçisi “Roma” ilə münasibətlərinə aydınlıq gətirəcək.
İtaliya A Seriyası, 28-ci tur
26 iyun
''Yuventus'' – ''Leççe'' 4:0
Qol: Dibala, 53. Ronaldo, 61-pen. İquayn, 84. De Liqt, 86.
27 iyun
19:15 ''Breşiya'' – ''Cenoa''
21:30 ''Kalyari'' – ''Torino''
23:45 ''Latsio'' – ''Fiorentina'
28 iyun
19:15 Milan'' – ''Roma''
21:30 ''Napoli'' – ''SPAL''
21:30 ''Sampdoriya'' – ''Bolonya''
21:30 ''Sassuolo'' – ''Verona''
21:30 ''Udineze'' – ''Atalanta''
23:45 ''Parma'' – ''İnter''