çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

FİFA-dan yeni turnir

27.06.2020 11:38 Oxundu 469


FİFA Qətər Futbol Federasiyası ilə birgə gələn mövsüm 22 ərəb ölkəsinin iştirakıyla yeni futbol turniri keçirməyə qərar verib.

Cempion.az Qətər Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 22 ərəb ölkəsinin milli komandasının qatılacağı turnir Qətərin paytaxtı Dohada keçiriləcək. Beynəlxalq turnirin məhz bu ölkədə keçiriləcək DÇ-2022-yə hazırlıq baxımından böyük önəm kəsb etdiyi bildirilir. Yarış 2021-ci ilin 1-18 dekabr tarixləri aralığında təşkil olunacaq.

Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022-nin də 21 noyabr – 18 dekabr aralığında təşkili nəzərdə tutulub.