27.06.2020 13:09
561

''Sabah'' sayca 5-ci transferini gerçəkləşdirib.
Cempion.az xəbər verir ki, Masazır təmsilçisi ''Qarabağ''dan Nicat Mehbalıyevi heyətinə qatıb.
Gənclər yığmasına da dəvət alan qapıçı yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Nicat yarımçıq dayandırılan mövsümün ilk yarısını icarə əsasında ''Sumqayıt''da keçirib.
''Sabah'' buna kimi ''Keşlə''dən Slavik Alxasovun, ''Qəbələ''dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.