çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

“Monako”dan yeni transfer

27.06.2020 14:05 Oxundu 485


Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, “knyazlıq klubu” Niderlandın “NEK Neymegen” klubundan Antoni Musabı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Monako”nun 19 yaşlı cinah futbolçusu üçün qarşı tərəfə 2 milyon avro ödədiyi bildirilir. Onunla 5 illik müqavilə imzalanıb. Müqavilə transfer pəncərəsi açıldıqdan sonra – iyulun 1-dən qüvvəyə minəcək.