çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasının püşkatma tarixi bəlli oldu

27.06.2020 14:35 Oxundu 499


UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələləri üçün püşkatma mərasiminin vaxtı bəlli olub. 

Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, hər iki püşk iyulun 10-da olacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

1/4 finalın püşkündən dərhal sonra yarımfinalın püşkü atılacaq. 

Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda olacaq. 1/8 finalın qalan oyunları 7-8 avqustda reallaşacaq.