çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Ronaldunun qol vurduğu komandaların sayı açıqlandı

27.06.2020 16:43 Oxundu 449


"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasında növbəti nailiyyətə imza atıb.

Cempion.az xəbər verir ki, portuqaliyalı hücumçu XXIX turun "Leççe" ilə ev oyununda da fərqlənərək, İtaliyada 20-ci komandanı məyus edib. Bununla da ölkədə 35 yaşlı forvardın qol vurmadığı yalnız bir komanda - "Kyevo" qalıb. Ronaldu 2018/2019 mövsümündə Verona təmsilçisi ilə ev oyununda da bu şansa malik olub. Lakin həmin qarşılaşmada o, penaltini dəqiq yerinə yetirə bilməyib.

Əvəzində təcrübəli qolçu "Leççe" ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib. Görüş isə "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə bütün yarışlarda "Yuventus"un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.