çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Brazilyalı ulduz futbolçu karyerasını bərpa edə bilər

27.06.2020 17:49 Oxundu 456

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo karyerasını bərpa edə bilər.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçinin Argentinada çıxış etmək ehtimalı yaranıb.

Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya" klubu Ronaldinyonun xidmətində maraqlıdır. Bir müddət əvvəl Paraqvayda ev dustağı olan "Barselona" və "Milan"ın keçmiş futbolçusu ilə danışıqlara başlanılıb.

Xatırladaq ki, 2016-cı ildə "Ximnasiya"nın təklifini qəbul etməyən Ronaldinyo 2018-ci ildə "Fluminense"nin heyətində karyerasına son qoyub.