çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

“Barselona”dan xal itkisi

28.06.2020 09:59 Oxundu 450


İspaniya La Liqasında 32-ci tura start verilib.

Cempion.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sevilya” “Valyadolid”lə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Atletik” “Malyorka”nı, “Osasuna” “Leqanes”i məğlub yola salıb. Dörd qolun vurulduğu “Selta” “Barselona” matçı Kataloniya təmsilçisinin növbəti xal itkisi ilə başa çatıb. “Atletiko” isə “Alaves”ə qalib gəlib.

Lider “Real” bu turda səfərdə “Espanyol”un qonağı olacaq.

İspaniya La Liqası, 32-ci tur

26 iyun

''Sevilya'' – ''Valyadolid'' 1:1
Qol
: Okampos, 83-pen – Kiko, 25.

27 iyun

Atletik – Malyorka 3:1
Qol
: R.Qarsiya, 16-pen. Sanset, 24. Vilyalibre, 90 – Budimir, 70.

''Selta'' – ''Barselona'' 2:2
Qol
: Smolov, 50. Aspas, 88 – L.Suares, 20; 67.

''Osasuna'' – ''Leqanes'' 2:1
Qol
: Enrik, 9; 90+6 – Aviles, 50.

''Atletiko'' – ''Alaves'' 2:1
Qol
: Saul, 59. D.Kosta, 71 – Xoselu, 90+3-pen.

28 iyun

16:00 ''Levante'' – ''Betis''
19:00 ''Vilyarreal'' – ''Valensiya''
21:30 ''Qranada'' – ''Eybar''
00:00 ''Espanyol'' – ''Real''

29 iyun

00:00 ''Xetafe'' – ''Real Sosyedad''