
İtaliya A Seriyasında 28-ci tura start verilib.
Cempion.az xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. 28-ci turun açılış matçında lider “Yuventus” autsayderlər qrupunda yer alan “Leççe”ni qəbul edib. Turin klubu bu görüşdən inamlı qələbə ilə ayrılıb.
Şənbə günü üç qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Breşiya” – “Cenoa” matçında qalib müəyyənləşməyib. Altı qolun vurulduğu “Kalyari” – “Torino” matçında isə meydan sahibləri 3 xalı bayram ediblər. Turnir cədvəlinin ikinci sırasında qərarlaşan “Latsio” da “Fiorentina” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.
“İnter” bu turda “Parma”nı, “Napoli” isə SPAL-ı sınağa çəkəcək.
Turun mərkəzi görüşü Milanda keçiriləcək. Şəhərin eyniadlı komandası paytaxt təmsilçisi “Roma” ilə münasibətlərinə aydınlıq gətirəcək.
İtaliya A Seriyası, 28-ci tur
26 iyun
''Yuventus'' – ''Leççe'' 4:0
Qol: Dibala, 53. Ronaldo, 61-pen. İquayn, 84. De Liqt, 86.
27 iyun
''Breşiya'' – ''Cenoa'' 2:2
Qol: Donnarumma, 10. Semprini, 13 – Falke, 38-pen. Pinamonti, 69-pen.
''Kalyari'' – ''Torino'' 4:2
Qol: Nandes, 12. Simeone, 17. Naynqqolan, 46. J.Pedro, 68-pen – Bremer, 60. Belotti, 66.
''Latsio'' – ''Fiorentina'' 2:1
Qol: İmmobile, 67. L.Alberto, 83 – Riberi, 25.
28 iyun
19:15 ''Milan'' – ''Roma''
21:30 ''Napoli'' – SPAL
21:30 ''Sampdoriya'' – ''Bolonya''
21:30 ''Sassuolo'' – ''Verona''
21:30 ''Udineze'' – ''Atalanta''
23:45 ''Parma'' – ''İnter''