cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”ın qapçısı “Sabah”da - RƏSMİ

28.06.2020 12:18 Oxundu 622


“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Cempion.az xəbər verir ki, son klubu “Qarabağ” olan qapıçı Nicat Mehbalıyev bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azərbaycan U-21 millisinin üzvü olan qolkiperlə 3 illik müqavilə bağlanıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.