çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Cengiz Avropa nəhənglərinin hədəfində

28.06.2020 13:48 Oxundu 497

İtaliyanın "Roma” klubunun şərəfini qoruyan türkiyəli ulduz Cengiz Ünderin xidmətində "Napoli” komandası da maraqlıdır.

Cempion.az İtaliya mətbutına istinadən xəbər verir ki, mövsümün sonu müqaviləsi başa çatacaq 33 yaşlı Xose Kallexonun yerini doldurmaq istəyən "Napoli” Cengiz Ünder üçün "Roma”ya müraciət edib.

Xəbərdə Roma klubunun Cengiz Ünder üçün 30 milyon avro istədiyi qeyd olunub.

Qeyd edək ki, "Roma” ilə 2023-cü ilə qədər müqaviləsi olan 22 yaşlı ulduzla "Yuventus”, "Bayern” və "Everton” kimi klublar da maraqlanır.