çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Super Liqada 29-cu tura start verilib

28.06.2020 14:17 Oxundu 494


Türkiyə Super Liqasında 29-cu tura start verilib.

Cempion.az xəbər verir ki, turun açılış matçında iki futbolçusunda koronavirus aşkarlanan “Beşiktaş” “Konyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda 3 cavabsız qola sevinib.

Son turda “Kasımpaşa”ya məğlub olan “Fənərbaxça”, bu turda öz meydanında “Yeni Malatyaspor”la üz-üzə gəlib və çətin qələbəyə sevinib. Altı qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Trabzonspor” isə autsayder “Ankaragücü”nü sınağa çəkib. Qaradəniz təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. Burda lider “Başakşəhər” “Qalatasaray”la qarşılaşacaq.

Türkiyə Super Liqası, 29-cu tur

26 iyun

''Beşiktaş'' – ''Konyaspor'' 3:0
Qol
: B.Yılmaz, 40. Dyabi, 45+1. Lens, 52.

27 iyun

''Fənərbaxça'' – ''Yeni Malatyaspor'' 3:2
Qol
: Muriqi, 70. O.Tufan, 90+1; 90+6 – Ndayişimiye, 81. Donald, 89.

''Göztəpə'' – ''Alanyaspor'' 3:3
Qol
: S.Gürler, 11. A.Öztürk, 49. Napoleoni, 90 – E.Karaca, 4. Sisse, 45+2; 65.

''Trabzonspor'' – ''Ankaragücü'' 1:1
Qol
: Sorlot, 3 – Q.Rodriqes, 63-pen.

28 iyun

19:30 ''Rizəspor'' – ''Dənizlispor''
19:30 ''Sivasspor'' – ''Kayserispor''
22:00 ''Başakşəhər'' – ''Qalatasaray''
22:00 ''Qaziantep'' – ''Antalyaspor''

29 iyun

22:00 ''Gənclərbirliyi'' – ''Kasımpaşa''