çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Kavani İtaliya klubunun hədəfində

28.06.2020 14:48 Oxundu 474


PSJ-dən ayrılacağı dəqiqləşən Edinson Kavani karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Paytaxt klubunun Kavani ilə danışıqlara başladığı və rəsmi təklif irəli sürdüyü bildirilir.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Kavaninin klubla müqaviləsi bu ayın sonunda başa çatır.