çərşənbə, 25 iyun 2025

BİZİM FUTBOL

"Qarabağ"dan transfer açıqlaması

28.06.2020 15:48 Oxundu 525


Son günlər Emil Balayev və Donald Geryenin "Qarabağ"a transferi ən çox müzakirə olunan xəbərlər arasındadır.

Cempion.az xəbər verir ki, adıçəkilən futbolçuların "Qarabağ"a trasnfer olub-olmaması ilə bağlı komandanın idman direktoru Əmrah Çəlikəl sportinfo.az-a bunları dedi:

"Transfer məsələsi elədir ki, rəsmi imza atılmamış hansısa sözü danışmaq tezdir. İnşallah rəsmi nəsə olsa, bu barədə xəbər veriləcək"

Ancaq klub rəsmisi qarşıdakı günlərdə rəsmi transferlərin olacağını da sözlərinə əlavə edib: "Amma maraqlandığımız və danışıq apardığımız futbolçular var. Yaxın günlərdə rəsmi transferlərin olacağı gözlənilir."