
Türkiyə Super Liqasında 29-cu tura start verilib.
Cempion.az xəbər verir ki, turun açılış matçında iki futbolçusunda koronavirus aşkarlanan “Beşiktaş” “Konyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda 3 cavabsız qola sevinib.
Son turda “Kasımpaşa”ya məğlub olan “Fənərbaxça”, bu turda öz meydanında “Yeni Malatyaspor”la üz-üzə gəlib və çətin qələbəyə sevinib. Altı qolun qeydə alındığı “Göztəpə” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Trabzonspor” isə autsayder “Ankaragücü”nü sınağa çəkib. Qaradəniz təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Burda lider “Başakşəhər” “Qalatasaray”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Sivasspor” isə doğma meydanda “Kayserispor”a məğlub olub.
Türkiyə Super Liqası, 29-cu tur
26 iyun
''Beşiktaş'' – ''Konyaspor'' 3:0
Qol: B.Yılmaz, 40. Dyabi, 45+1. Lens, 52.
27 iyun
''Fənərbaxça'' – ''Yeni Malatyaspor'' 3:2
Qol: Muriqi, 70. O.Tufan, 90+1; 90+6 – Ndayişimiye, 81. Donald, 89.
''Göztəpə'' – ''Alanyaspor'' 3:3
Qol: S.Gürler, 11. A.Öztürk, 49. Napoleoni, 90 – E.Karaca, 4. Sisse, 45+2; 65.
''Trabzonspor'' – ''Ankaragücü'' 1:1
Qol: Sorlot, 3 – Q.Rodriqes, 63-pen.
28 iyun
''Rizəspor'' – ''Dənizlispor'' 2:2
Qol: Şkoda, 40. Boldrin, 71 – Estupinan, 20. Fernandes, 30-ğz qapısına.
Sivasspor – Kayserispor 0:2
Qol: Acar, 45+2. Mensah, 83-pen.
''Başakşəhər'' – ''Qalatasaray'' 1:1
Qol: Aleksiç, 51 – E.Akbaba, 67.
''Qaziantep'' – ''Antalyaspor'' 1:1
Qol: Kayode, 58 – Yahoviç, 88-pen.
29 iyun
22:00 ''Gənclərbirliyi'' – ''Kasımpaşa''