çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

İngiltərədə yarımfinalçılar məlum oldu

29.06.2020 11:01 Oxundu 480


Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Arsenal” çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib. “Lester Siti”nin qonağı olan “Çelsi” isə buna minimal hesablı qələbə sayəsində nail olub. “Mançester Siti” də “Nyukasl”la qarşılaşmadan qalib ayrılıb.

Xatırladaq ki, ilk oyun günündə də “Mançester Yunayted” “Norviç Siti”dən üstün olmuşdu.

Beləliklə, yarımfinalda “Mançester Yunayted” “Çelsi”ylə, “Arsenal” isə “Mançester Siti”ylə qarşılaşacaq.

İngiltərə Federasiya Kuboku
1/4 final


27 iyun

''Norviç Siti'' – ''Mançester Yunayted'' 1:2
Qol
: Kantuell, 75 – İqalo, 51. Maquayr, 118.

28 iyun

''Şeffild Yunayted'' – ''Arsenal'' 1:2
Qol
: Makqoldrik, 87 – Pepe, 25-pen. Sebalyos, 90+1.

''Lester Siti'' – ''Çelsi'' 0:1
Qol
: Barkli, 63.

''Nyukasl'' – ''Mançester Siti'' 0:2
Qol
: De Breyne, 37-pen. Sterlinq, 68.