çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Fatinin atasından  "Mançester Yunayted" açıqlaması

29.06.2020 12:37 Oxundu 485


"Barselona"nın futbolçusu Ansu Fatinin atası Bori Fati oğlunun "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cempion.az xəbər verir ki, O, 17 yaşlı yarımmüdafiəçinin katalonlarda xoşbəxt olduğunu deyib:

"Fatinin "Barselona"da olmasına görə xoşbəxtik. Oğlum fürsətlərini yaxşı dəyərləndirməlidir, çünki hazırda dünyanın ən yaxşı futbolçusu Lionel Messi ilə birgə oynayır. "Mançester Yunayted"lə bağlı yayılan xəbərlər doğru deyil. Ansu burada xoşbəxtdir və arzularını reallaşdırmaq üçün çalışır. O, hər oyuna start heyətdə başlamaq məcburiyyətində deyil. Yanında Antuan Qrizmann və Luis Suares kimi təcrübəli futbolçular var. Fatinin qarşıda böyük zamanı var".