çərşənbə, 25 iyun 2025

DÜNYA FUTBOLU

Lemparddan Pulişiç açıqlaması

29.06.2020 13:10 Oxundu 531


"Çelsi"nin baş məşqçisi Frenk Lempard komandanın gənc ulduzu Kristian Pulişiç barədə danışıb.

Cempion.az xəbər verir ki, ingilis mütəxəssis amerikalı vingerin böyük futbolçu ola biləcəyini deyib:

"Məncə, Pulişiç böyük futbolçuya çevrilə bilər. Yaşına baxanda görürük ki, gənc olarkən Bundesliqada böyük fərq yaratmışdı. Ondan gözləntilərin çox olması təbiidir. Onda Rahim Sterlinq, Məhəmməd Salah və Sadio Manedə olan özəlliklər var. Belə bir futbolçumuz olduğu üçün sevinirəm".

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm 25 oyunda 8 qol vurub, 6 assist edib.